İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS: “Müharibənin başa çatdığını elan edirik” – VİDEO

HƏMAS rəhbərlərindən Həlil əl-Hayya İsraillə əldə olunan yeni razılaşma barədə danışaraq müharibənin sona çatdığını bəyan edib.

Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, əl-Hayya açıqlamasında bildirib ki, imzalanmış sənəd Rəfah sərhəd-keçid məntəqəsinin hər iki istiqamətdə açılmasını nəzərdə tutur. 

HƏMAS-ın rəsmi bəyanatında razılaşmanın əsas detallarına da yer verilib:

“250 israilli məhbus və 1700 Qəzza sakini, o cümlədən bütün qadın və uşaqlar azad ediləcək”.
“Rəfah sərhəd-keçid məntəqəsi iki tərəfli şəkildə açılacaq”.
“Türkiyə, Misir və Qətərdəki vasitəçi qardaşlarımıza dərin təşəkkürümüzü bildiririk”.

Bu razılaşma Qəzzada illərdir davam edən münaqişənin sona çatması və bölgədə humanitar sabitliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsi hesab olunur. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR