İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan parlamentinin sədri Anrieta Xipperə sərt cavab verdi

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa Parlamentinin vitse-spikeri Anrieta Xipperin bəyanatlarına sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Papuaşvili Xipperin Tiflis hökumətinə qarşı çıxışlarını “məsuliyyətdən qaçmaq cəhdi” adlandırıb:

“Gürcü cəmiyyəti Xipperdən gözlədiyi yeganə şey – hakimiyyəti devirmək məqsədilə təşkil olunmuş və iştirakçıları prezident sarayına soxularaq 25 polisi yaralamış aksiyanı dəstəklədiyinə görə üzr istəməsidir. Onun Gürcüstan hökumətinə qarşı şifahi hücumu isə bu məsuliyyətdən qaçmaq üçün ümidsiz cəhddir”, – deyə parlament sədri bildirib.

Papuaşvili əlavə edib ki, “Gürcü xalqına və onun hökumətinə qarşı ‘rus’ sözünü yerli-yersiz manipulyasiya etmək cəhdlərinə hər dəfə cavab veriləcək”. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR