İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçikada baş nazirə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Belçikanın Baş nazir Bart de Vever də daxil olmaqla, siyasi liderlərin həyatına sui-qəsd hazırlamaqda şübhəli bilinən 2001, 2002 və 2007-ci il təvəllüdlü üç gənc şəxs Antverpendə federal polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Bu barədə "Report" yerli "De Morgen" qəzetinə istinadən xəbər verir.

Federal prokuror Ann Fransenin sözlərinə görə, saxlanılanlardan ikisinin polis tərəfindən sorğusu aparılıb və cümə günü isə məhkəmə təhqiqatçısının qarşısına çıxacaq. Üçüncü şəxs hələlik azadlığa buraxılıb. Onların hər üçünü Antverpendən olduğu bildirilib.

Federal prokurorluq hələlik baş nazirə qarşı sui-qəsdin planlaşdırılması ilə bağlı şərh verməkdən imtina edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR