İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ: Ukraynaya çox güclü silahlar göndərilə bilər

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Vaşinqtonun hazırda Ukrayna cəbhəsində olmayan, lakin böyük dağıdıcı gücə malik silahları var və onların bəziləri Kiyevə göndərilə bilər.

Musavat.com xəbər verir ki, Uitaker bu barədə çıxışında belə deyib:

“ABŞ-ın elə imkanları var ki, onlar hazırda Ukrayna döyüş meydanında yoxdur. Bu silahlar son dərəcə güclüdür və bizim seçdiyimiz vaxtda və seçdiyimiz yerdə ciddi zərbə endirə bilər. Onların bir qismi potensial olaraq Ukraynaya daşına bilər”, – deyə ABŞ rəsmisi bildirib.

Hazırda bu silahların Kiyevə verilməsi barədə rəsmi qərar yoxdur, lakin Vaşinqtonun bu addımı müharibənin gedişatına ciddi təsir göstərə bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR