İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın Düşənbə şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Azərbaycanın mədəni diplomatiyaya sadiqliyini vurğulayan nazir 28 sentyabr - 8 oktyabr tarixlərində ölkəmizdə keçirilən III MDB Oyunlarının uğurla təşkili barədə məlumat verib və Laçının 2025-ci ilin MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəklənməsinə görə minnətdarlığını bildirib.

Nazir təhlükəsizlik çağırışlarına toxunaraq terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üçün əlaqələndirilmiş səylərin zəruriliyini vurğulayıb.

Çernobıl fəlakətinin 40-cı ildönümü haqqında danışan C. Bayramov onun davamlı humanitar və ekoloji nəticələrini xatırladıb və həyatlarını itirən insanların, habelə onun nəticələrinin aradan qaldırılmasında iştirak edən xilasetmə işçilərinin, o cümlədən Azərbaycan vətəndaşlarının xatirəsini yad edib.

Nazir Azərbaycanın MDB tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinə diqqət yetirdiyini vurğulayıb, ticarətdə sabit artımı müsbət dinamikanın göstəricisi kimi qeyd edib.

O, Azərbaycanın MDB çərçivəsində etimadın möhkəmləndirilməsinə və konstruktiv dialoqların təşviqinə sadiqliyini bir daha təsdiq edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR