Onlayn ictimai-siyasi qəzet
Qəzzada atəşkəsin elanından sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus Bayraktar AKINCI tipli pilotsuz döyüş aparatı simvolik addım atıb.
Musavat.com xəbər verir ki, PUA Aralıq dənizi üzərində uçuş edərək Türkiyə bayrağının ay-ulduz formasını səmada “çizib”.
Bu addım Qəzzada əldə olunan sülh razılaşmasına Türkiyənin dəstəyini nümayiş etdirmək və bölgədə sabitliyə verdiyi əhəmiyyəti simvolizə etmək məqsədi daşıyır.
Hadisə sosial şəbəkələrdə geniş maraq doğurub və minlərlə istifadəçi tərəfindən paylaşılıb.
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ