Onlayn ictimai-siyasi qəzet
ABŞ-da hökumətin fəaliyyətinin qismən dayanması bir neçə gün ərzində nüvə arsenalının modernləşdirilməsi proqramları üçün maliyyə vəsaitinin tükənməsinə səbəb olacaq.
Musavat.com xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt hökumət kabinetinin iclasında deyib. O qeyd edib ki, ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) nüvə arsenalının, eləcə də sualtı və təyyarədaşıyan mühərriklərin hazırlığının və istehsalının saxlanmasına cavabdehdir. Nazir Senatdakı demokratları ittiham edib: "İndi onlar maliyyələşdirməni dayandırıblar. Qarşıdakı 6-7 gün ərzində bizim vəsaitimiz tükənəcək, suverenliyimizin əsas təminatçısı olan nüvə arsenalımızın modernləşdirilməsi kifayət qədər maliyyələşdirilməyəcək və biz sürəti azaltmalı olacağıq".
Qeyd edək ki, bir saat əvvəl ABŞ Senatında demokratlar və respublikaçılar tərəfindən hazırlanan iki müvəqqəti büdcə sənədi yeddinci dəfə rədd edilib. Sənədlərin heç biri zəruri olan 60 senatorun səsini ala bilməyib.
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ