İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və İsrail arasında səfirlərin təyin olunması işi yekunlaşmaq üzrədir

Türkiyə və İsrail arasında qarşılıqlı olaraq səfirlər təyin edilməsi üzrə iş başa çatmağa yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində bildirib.

“Artıq bizdə mümkün səfirlərin adlar var, iş yekunlaşmaq üzrədir. Fələstin hakimiyyəti Türkiyə və İsrail arasında münasibətlərin normallaşması prosesini alqışlayır”, - o, müsahibəsində belə deyib.

Mayın 25-də İsrailə gedən Mövlud Çavuşoğlu son 15 ildə həmin ölkəyə səfər etmiş ilk Türkiyə rəsmisi olub.

Xatırladaq ki, 2010-cu ildə İsrail xüsusi təyinatlıları Qəzza sektorunun blokadasını yarmağa cəhd göstərən “Mavi Mərmərə” tankerini tutduqdan sonra yaranmış böhranla əlaqədar iki ölkə arasında münasibətlər pozulmuşdu. Tərəflər diplomatik münasibətlərin səviyyəsini azaltmış və öz səfirlərini geri çağırmışdılar.

Səfirlərin təyin olunması məsələsi iyunun 23-də o vaxt İsraılin xarici işlər naziri, hazırda isə yəhudi dövlətinin Baş naziri Yair Lapidin Ankaraya səfəri çərçivəsində müzakirə olunmuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR