İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə terrorçuların yeni siyahısını təqdim edəcək

Türkiyə Finlandiya və İsveçə Skandinaviya ölkələrinin NATO-ya daxil olmasını dəstəkləməyə razılıq verməsi müqabilində yerinə yetirməli olduqları şərtləri göstərən 10 bənddən ibarət sənədi təqdim edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Rəsmi Ankara Helsinki və Stokholma Türkiyəyə ekstradisiya edilməli olan terrorçuların yenilənmiş siyahısını təqdim etmək niyyətindədir. Qəzet daha əvvəl Skandinaviya ölkələrindən tələb olunan, lakin geri qaytarılmayan terrorçuların adlarının siyahıya əlavə edildiyini bildirib.

Qeyd edək ki, sabah Finlandiyada Türkiyə, Finlandiya və İsveçin imzaladığı üçtərəfli memorandum əsasında yaradılmış “Daimi birgə mexanizm”in ilk iclası keçiriləcək. Türkiyəni tədbirdə Prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR