İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə şirkəti Azərbaycan Silahlı Qüvvələri üçün hərbi kater hazırlayıb

Türkiyənin STM ("Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ") müdafiə şirkəti Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün STM-MPAC hərbi katerinin layihəsini hazırlayıb.

STM bu məhsulu Bakıda keçirilən 4-cü Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2022) təqdim edib.

STM məhsul xəttinə, həmçinin “STM500” kiçikölçülü sualtı qayıq, MİLGEM freqatı, TOGAN və KARGU kvadrokopterləri və ALPAGU kamikadze-PUA-sı daxildir.

STM-in baş direktoru Özgür Gülərüz jurnalistlərə açıqlamasında qardaş ölkədə olmaqdan məmnunluğunu bildirib. Onun sözlərinə görə, şirkət nümayəndələri ADEX-2022 sərgisində öz məhsullarının, xüsusən də KARGU, ALPAGU və TOGAN PUA-larının xüsusiyyətləri və üstünlükləri barədə məlumat verəcəklər.

O, STM-in Azərbaycanla sıx əməkdaşlıq etdiyini və STM-MPAC hərbi katerini Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün layihələndirdiklərini vurğulayıb.

“Kateri azərbaycanlı qardaşlarımızın ehtiyaclarına uyğun şəkildə hazırlamışıq. Qayıq tamamilə onların tələblərinə uyğun hazırlanıb”, - o deyib. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR