İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə səfirliyi Kiyevdən çıxdı - FOTOLAR

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Kiyevdəki səfirliklərinin təhlükəsizlik səbəbi ilə başqa şəhərə köçürüləcəyini açıqlayıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirliyin hansı şəhərə köçürüləcəyi də açıqlanıb.

Məlumata görə, səfirlik müvəqqəti olaraq Rumıniyaya yaxın Çernovtsi şəhərinə köçürüləcək. Onu da qeyd edək ki, artıq Türkiyə səfirliyinin əməkdaşları Kiyevi tərk ediblər.

Müharibədən sonra bir çox ölkələr Kiyevdəki səfirliklərini boşaldıblar. Məlumat üçün bildirək ki, Türkiyə son evakuasiyanı həyata keçirən ölkələrdən biri olub. Səfirlik binası boşaldılan zaman səfirlik əməkdaşının Atatürkün portretini özü ilə aparması da diqqət çəkib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR