İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə səfiri: “Türkiyə-Azərbaycan dostluğunun təməlini Heydər Əliyev qoyub”

"Türkiyə Azərbaycan dostluğu uzun illərə dayanır və bunun təməlini ulu öndər, siyasətçi Heydər Əliyev qoyub".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı deyib.

O bildirib ki, ümummilli liderin iki ölkə arasında təməlini qoyduğu dostluq və qardaşlıq bütün sahələrdə özünü göstərir:

"İki ölkə arasındakı siyasi platformadakı əməkdaşlıq, iqtisadi əlaqələr bu günə qədər davam edir. Təməli möhkəm qoyulan bu körpülərin bu gün də bəhrəsini görürük. Ulu öndər Heydər Əliyevin ruhu şad olsun. Allah rəhmət eləsin!"

 

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR