İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ - ŞOK ZƏRBƏ: Rusiyadan bu məhsulun idxalı DAYANDIRILDI

Türkiyənin ən böyük neft emalı zavodu “Tüpraş” Rusiya xam neftinin alışını dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, şirkət Rusiya neftini daşıyan tankerlərə və enerji şirkətlərinə qarşı yanvarın 10-da ABŞ-ın elan etdiyi sanksiyalara görə bu addımı atıb. “Tüpraş” İnvestor Əlaqələri İcraçı Direktoru Levent Bayarın sözlərinə görə, son təslimlər fevral ayı ərzində yekunlaşacaq: "Son sanksiyalarla idxalı dayandırdıq və son yükləri fevral ayında bitirəcəyik".

“Tüpraş”ın Rusiyadan təmizlənmiş məhsul idxalını dayandırıb-dayandırmayacağı isə hələlik bəlli deyil.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik.

Qonağımız politoloq Əlimusa İbrahimovdur.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR