İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyadan qaz ödənişlərinin bir hissəsini təxirə salmağı xahiş edib

Türkiyənin neft-qaz şirkəti "BOTAŞ" Rusiya qazı üçün bəzi ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasını istəyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə bazar ertəsi Bloomberg agentliyi məlumat yayıb.

Agentlik mənbələrə istinadən qeyd edir ki, danışıqların perspektivləri hələ də qeyri-müəyyəndir və nə "BOTAŞ", nə də "Qazprom" buna cavab verməyib.

Sentyabrın 6-da Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb və o, Ankaranın Rusiya qazının tədarükünün 25%-ni rublla ödəməsi barədə razılığa gəldiyini açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR