İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədrindən ÖNƏMLİ ÇAĞIRIŞ

Türkiyə Qızıl Aypara Cəmiyyəti zəlzələdən əziyyət çəkənlərə qan verməklə bağlı çağırış edib.

Musavat.com “Anadolu ajansına” istinadən xəbər verir ki, cəmiyyətin sədri Kərəm Kınıkın sözlərinə görə, ilk mərhələ üçün qan ehtiyatları yetərlidir, lakin növbəti saatlarda əlavə qan ehtiyatına ehtiyac ola bilər:

“Zəlzələ bölgəsinə əlavə qan göndərilir. Bölgələrdəki qan banklarında kifayət qədər ehtiyat var, lakin ehtiyaclar arta bilər. Buna görə də Türkiyənin bütün bölgələrində insanları qan verməyə dəvət edirik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR