Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin dekabr ayında Türkiyə 7,364 milyard kubmetr qaz idxal edib.
Musavat.com Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin dekabr göstəricisindən 21 faiz çox və ölkənin qaz sənayesi tarixində yeni mütləq maksimumdur.
O cümlədən Türkiyə Rusiyadan qaz idxalını 34 faiz artıraraq 2,835 milyard kubmetrə çatdırıb. Bütövlükdə 2024-cü il üçün Qazprom Türkiyəyə 21,374 milyard kubmetr qaz tədarük edib. Bu, demək olar ki, 2023-cü ilə bərabərdir (21,34 milyard kubmetr).
Azərbaycan 2024-cü ilin dekabrında Türkiyəyə 1,037 milyard kubmetr qaz ixrac edib. Bir il əvvəl isə ixrac 962 milyon kubmetr tədarük olmuşdu. Bütün 2024-cü il üçün ixrac 11,478 milyard kubmetr təşkil edib.
İranın 2024-cü ilin dekabrında Türkiyəyə qaz ixracı 552 milyon kubmetrə düşüb. Əvvəlki il bu göstərici 781 milyon kubmetr olmuşdu. 2024-cü ildə ümumi ixrac 7,043 milyard kubmetr olub.
Dekabrda Türkiyə 2,939 milyard kubmetr LNG idxal edib. Bu da müşahidələr tarixində yeni rekorddur. BEA qaz tədarükçülərinin təfərrüatlı təsnifatını təqdim etmir. Məlumdur ki, Əlcəzair uzunmüddətli müqavilə əsasında Türkiyəyə LNG tədarük edir; ABŞ Enerji Departamenti də bu dövr ərzində böyük həcmdə yüklərin göndərildiyini bildirdi.
Agentlik bildirir ki, qaz ixracının artması Türkiyədə su enerjisi istehsalının azalması ilə əlaqədar olaraq enerjidə qazdan istifadənin yüksəlməsi ilə bağlıdır.
Milli enerji birjası EPIAS-ın cari məlumatları göstərir ki, Türkiyə yanvar və fevral aylarında yüksək idxal səviyyəsini qoruyub saxlayır ki, bu da bütün təchizatçılardan gələn axınları artırmaqla qarşılana bilər.
Bundan əlavə, ölkədə yeraltı qaz anbarlarının qaz ehtiyatlarından fəal şəkildə istifadə olunur ki, bu da yayda onun idxalına əlavə tələbat yaradacaq.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ