İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə nümayəndə heyəti Qarabağ Universitetində olub

Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy, Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçın, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları, alimlər və sahibkarlardan ibarət nümayəndə heyəti Qarabağa səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub, təhsil müəssisəsinin kollektivi ilə görüşüb. Rektor Şahin Bayramov ali təhsil ocağının fəaliyyəti, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması ilə bağlı məlumat verib. Türkiyə nümayəndə heyəti tədris prosesini izləyib, müxtəlif auditoriyalarda dərslərin gedişini müşahidə edib, eyni zamanda tələbələrlə maraqlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Qarabağ səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR