Onlayn ictimai-siyasi qəzet
Dünyanın altıncı ən böyük limon ixracatçısı olan Türkiyə aprelin 8-dən etibarən bu meyvənin ixracını müvəqqəti olaraq dayandırıb.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin Ticarət Nazirliyi yayıb.
Bildirilir ki, bu addım daxili tələbatın tənzimlənməsi zərurəti və meyvənin əsas yetişdiyi ərazilərdə güclü şaxtalar səbəbindən atılır:
“Son vaxtlar ölkəmizin bir sıra rayonlarında havaların soyuq keçməsi və şaxtalı hava şəraiti ilə əlaqədar kənd təsərrüfatı məhsulları və ərzaq məhsullarına tələb və təklif balansının təmin edilməsi, habelə daxili və beynəlxalq bazarlarda qiymət dinamikasının qorunub saxlanılması zərurəti ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılaraq aprelin 8-dən limonun ixracının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib”.
Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, son vaxtlar Aralıq dənizi vilayətlərində Adana, Mersin və Hatayda xarakterik olmayan güclü şaxtalar baş verib.
Türkiyə 2024-cü ildə 357 milyon dollar dəyərində limon ixrac edib. Azərbaycan da Türkiyə limonunun alıcılarındandır. 2024-cü ildə Türkiyədən 17 251,82 ton, bu ilinyanvarında isə 1610,84 ton təzə və ya qurudulmuş limon və laym idxal olunub.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ