İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İsrail və onunla bağlılığı olan gəmilərə qadağa qoydu

Türkiyə İsrailə yük aparan gəmilərin öz limanlarına daxil olmasına qadağa qoyub.

Musavat.com xəbər verir ki, məlumatı “Times of Israel”, daha sonra Türkiyə mətbuatı yayıb.

Bildirilir ki, Türkiyə hökumətinin qərarına əsasən İsrail bayrağı altında üzən, yaxud İsrailə yük daşıyan gəmilərin Türkiyə limanlarına girişi, onlara xidmət göstərilməsi qadağan edilib. Bundan əlavə, digər bayraqlar altında Türkiyə limanlarına daxil olan gəmilərdən İsraillə heç bir əlaqəsi olmadığını və ora hərbi və ya təhlükəli yük daşımadığını təsdiqləyən məktublar tələb olunur.

Eyni zamanda Türkiyə bayrağı altında üzən gəmilərin İsrailə hər hansı yük çatdırması, bu ölkənin limanlarına daxil olması da qadağan edilib.

Qeyd edək ki, ötən il Türkiyə İsrailin Qəzza zolağında hərbi əməliyyatına görə bu ölkə ilə ildə 7 milyard dollara çatan ticarət əlaqələrini tamamən dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR