İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ermənistandakı Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün hərəkətə keçib

Türkiyə Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin dayandırılması ilə bağlı hərəkətə keçib.

“Report” xəbər verir ki, ehtimal olunan risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı addımların atılması üçün Türkiyə Böyük Millət Məclisinə müraciət daxil olub.

Bildirilib ki, bu obyekt və ehtimal olunan radiasiya xüsusilə Türkiyənin Iğdır şəhəri üçün təhlükəlidir. Məlumata görə, Iğdırda artıq maarifləndirmə işlərinə başlanılıb. Vətəndaşlara sözügedən məsələ barədə məlumat verilir, təlimlər keçirilir.

Türkiyə Xarici İşlər Nazirliyindən isə qeyd edilib ki, məsələ nəzarətdədir: “Prosesi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklik (AEBA) miqyasında izləyirik”.

Qeyd olunub ki, obyekt beynəlxalq standartlara cavab vermir: “Türkiyə üçün riskli şərait yaranarsa, lazımi tədbirlər görüləcək. AEBA da daxil olmaqla bütün beynəlxalq mexanizm və imkanlardan istifadə olunacaq”.

Xatırladaq ki, Ermənstandakı AES Türkiyə sərhədi ilə 16 kilometrlik məsafədədir. Obyektin istismar müddəti başa çatdığına görə region üçün xüsusi risk daşıyır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR