İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə elektromobil istehsalına 5 milyardlıq dəstək paketi elan etdi

Türkiyə hökuməti ildə 1 milyona yaxın elektrik avtomobili istehsal etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat açıqlayıb.

TRT Haber telekanalının yaydığı çıxışda Prezident bunun üçün irihəcmli vəsait qoyuluşu ediləcəyini bildirib: “İldə istehsal həcmini 1 milyon ədədə çatdırmaq üçün 5 milyard dollar dəyərində stimullaşdırıcı tədbirlər paketinin icrasına başlayırıq”.

O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan Çinin BYD şirkəti ilə 1 milyard dollardan çox məbləğdə müqavilə imzalayıb. "Digər şirkətlərlə danışıqlarımız davam edir", - Türkiyə prezidenti qeyd edib.

BYD ilə müqavilə Türkiyədə ildə 150 min elektromobil və hibrid avtomobil istehsal gücünə malik zavodun qurulmasını nəzərdə tutur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR