İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə 3 varianta baxır: İran, Azərbaycan və Xəzər…

Türkiyə Türkmənistandan təbii qazın nəqlinin təşkili üçün müxtəlif variantları nəzərdən keçirir: İran ərazisindən, Azərbaycandan tranzitlə, o cümlədən Xəzərin dibi ilə boru kəməri ilə vasitəsilə.

Bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar “Foreks”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara ən qısa zamanda 2 milyard kubmetr türkmən qazının idxalını təşkil etməyə hazırdır:

“Türkmən qazının gəlişi üçün ilk alternativ İran vasitəsilə mübadilədir. İkinci variant İran və Azərbaycan vasitəsilə svop, sonuncusu isə Xəzər dənizindən qazın boru kəməri ilə çatdırılmasıdır”.

Türkiyənin enerji idarəsinin rəhbəri qeyd edib ki, Xəzər dənizindən keçən boru kəməri marşrutu Türkmənistan qazının tədarükü üçün daha uzunmüddətli və dayanıqlı həll yoludur. Eyni zamanda, yanacaq idxalı üçün şərait yetişib və Ankara praktiki icra mərhələsindədir.//Axar.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR