Onlayn ictimai-siyasi qəzet
Türk kinosunun “sultanı” Türkan Şoray tamaşaçıların ona duyduğu sevginin səbəbinin canlandırdığı obrazlarla bağlı olduğunu bildirib.
Musavat.com-un xəbərinə görə, Bodrumda keçirilən 4-cü Beynəlxalq Aralıq dənizi Ədəbiyyat Günləri çərçivəsində çıxış edən aktrisa deyib:
“Tamaşaçılar o obrazları çox sevdikləri və onlarla özlərini eyniləşdirdikləri üçün bizi də sevirlər. “Kino sehri” deyilən bir şey var və onun məndə olduğunu bilirəm. Onun nə olduğu konkret bəlli deyil, gözəlliklə əlaqəsi yoxdur. Məncə, bu, səmimiyyətdir. Tamaşaçı səmimiyyəti dərhal hiss edir”.
Türkan Şoray canlandırdığı obrazlarda həm ağrını, həm də sevinci ürəkdən hiss etdiyini və bunu tamaşaçıya ötürdüyünü bildirib:
“Zənnimcə, bu, mənim səmimiyyətimlə bağlıdır. Qəribə bir şəkildə, sanki tamaşaçı ilə birbaşa ünsiyyət qururdum. Elə bilirdim ki, həmin ağrını onlarla bölüşürəm. O illərdə də tamaşaçılar bu ağrını ürəklərində hiss edirdilər”.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ