İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk düşməninə fəxri ad verildi

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez “xidmətlərinə görə” Afina Universitetinin fəxri müəllimi adına layiq görülüb.

Musavat.com xəbər verir ki, Menendez Amerika Senatında Türkiyə əleyhinə bir çox qanun layihəsinin təşəbbüskarı olub.

Afina Universitetində təşkil edilmiş mərasimdə çıxış edən senator Türkiyənin Şərqi Aralıq dənizində daimi təhlükə olduğunu deyib, türk döyüş təyyarələrinin Egeydə uçuşları ilə bağlı Yunanıstanın iddialarını dəstəkləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Aralıq dənizi, Qafqaz və Avropa siyasətinə dair əsassız iddialar irəli sürən Menendez Kiprdə “türk işğalı”nın olduğunu iddia edib.

O, çıxışında Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına qarşı olduğunu da vurğulayıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR