İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Ağsaqqalları Birliyinin nümayəndələrinin Qırğızıstana səfəri başlayıb

Türk Ağsaqqalları Birliyi – TAİB nümayəndələrinin Qırğızıstana səfəri başlayıb.

Musavat.com Missiya.Az-a istinsadən xəbər verir ki, nümayəndə heyətinin üzvləri səfərin ilk günündə Qırğızıstan-Türkiyə “Manas” Universiteti ilə tanış olublar.

Regionun ən böyük təhsil ocaqlarından olan “Manas” Universitetinin müxtəlif fakültələrinə baş çəkən TAİB təmsilçilərinə təhsil müəssisəsinin fəaliyyəti, həyata keçirilən proqramlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib.

Qonaqlar tələbələr üçün yaradılmış təhsil, yaşayış və istirahət səviyyəsindən məmnun qalıb və bu təhsil ocağı ilə gələcəkdə irimiqyaslı birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər.

“Manas” Universitetinin məsul şəxsləri də öz növbələrində qeyd ediblər ki, Türk Ağsaqqalları Birliyi – TAİB-in fəaliyyəti barədə geniş məlumatlara malikdirlər və bu təşkilatın həyata keçirdiyi layihələri yaxından izləyirlər. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdəki uğurları və II Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbəsi “Manas” Universitetinin təmsilçilərində böyük fəxarət hissi yaradır.

Qeyd edək ki, Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə millət vəkili, professor Elman Nəsirov, Azərbaycanın əməkdar həkimi, TAİB İdarə Heyətinin üzvü Məcid Hacıyev, TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB-in beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnur Eltürk daxildir.

İyunun 13-də Bişkekdə Türk Ağsaqqalları Birliyi –TAİB-in, Qırğızısatan-Türkiyə “Manas” Universitetinin və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş, “Tarix yazan kliderlər” mövzusinda konfrans keçiriləcək.

TAİB nüməyndələrinin Bişkekdə bir sıra görüşləri də nəzərdə tutulub.

2.jpg (66 KB)

3.jpg (79 KB)

4.jpg (73 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR