İnsanlara hürriyət, millətlərə istiqlal!

Turistlərə Kolımda qızıl çıxarmaq təklif edilir

Turistlər Rusiyanın bir regionunda - Kolımda müstəqil şəkildə qızıl hasil edə biləcəklər.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu təkliflə Maqadan vilayətinin qubernatoru Sergey Nosov çıxış edib.

Şərq İqtisadi Forumu ərəfəsində region rəhbəri özünü qızıl mədənçisi kimi sınamaq istəyənlər üçün torpaq sahəsinin ayrılması planlarını açıqlayıb. Kolım rəhbərliyi bu yolla turist axınını artırmağa ümid edir.

"Gəlin məmnunluğu faydalılıqla birləşdirək: həm qızıl hasil ediləcək, həm də turistlərin sayı-hesabı olmayacaq. Çünki bir çox insanlar bu cür güclü hisslər yaşamaq istəyirlər", - Nosov deyib.

Aydın olur ki, belə turizm fəaliyyətinin təşkili məsələsi Dövlət Dumasının “Zəhmətkeş fəaliyyət haqqında” qanunu birinci oxunuşda qəbul etməsindən sonra yaranıb. Yenilik özəl qızıl hasilatını qanuniləşdirir. Maqadan vilayəti qanunu tətbiq edən ilk bölgə olacaq.

Onu da qeyd edək ki, kustar üsulla qızıl hasil etmək çox ağır işdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR