Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və İsrailin baş naziri Benyamin Netanyahu 2017-ci ildə Britaniya Xarici İşlər Nazirliyində şəxsi vanna otağından istifadə etdikdən sonra tualetdə dinləmə cihazı tapılıb.
Musavat.com İngiltərənin “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, 2017-ci ildə Xarici İşlər Naziri vəzifəsini icra edən Conson, nazirlikdəki ofisində İsrail baş naziri ilə görüşüb. Bir müddət sonra Netanyahu ofisin tualetindən istifadə etmək istədiyini bildirib.
Conson qeyd edib ki, Netanyahu "gizli əlavə bina"da tualetdən istifadə edəndən sonra təhlükəsizlik qrupu axtarış aparıb və oradan dinləmə cihazı tapıb.
Qəzetin yazdığına görə, bu barədə Conson oktyabrın 10-da nəşr olunacaq "Unleashed" adlı xatirə kitabında yazıb.
"Bibi (Netanyahu) bir müddət sonra tualetə getdi. Bu təsadüf də ola bilər, olmaya da bilər, amma sonra mənə dedilər ki, onlar (xüsusi xidmət orqanlarının əməkdaşları) tualetdə axtarış aparıblar və oradan dinləmə cihazı aşkar ediblər."
Hadisə ilə bağlı çox danışmaq istəmədiyini bildirən Conson qeyd edib ki, baş verən olay haqda lazım olan hər şey kitabda var.
Keçmiş Baş nazir Consonun Brexit, hökumətinin Covid-19-la mübarizəsi və baş nazir olduğu müddətdə partiya qalmaqalları ilə bağlı xatirələrini özündə əks etdirən "Unleashed" adlı kitabı oktyabrın 10-da nəşr olunacaq.
Toğrul İSMAYIL,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ