İnsanlara hürriyət, millətlərə istiqlal!

Turan İbrahimov "Space"dən getdi: "Xəbər olmayan verilişlə efirdə olmaq istəmirəm" - FOTO

Aparıcı Turan İbrahimov uzun müddətdir çalışdığı "Space" kanalından ayrılıb. 

Musavat.com xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında bildirib:

"İki həftə əvvəl verdiyimiz qərardır. "Space TV"dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verilişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verilişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla yeni komandaya uğurlar arzulayıram".

Xatırladaq ki, Turan İbrahimov "Space TV"də səhər verilişinin aparıcısı idi. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR