İnsanlara hürriyət, millətlərə istiqlal!

Turan İbrahimov: "Saç əkdirib, əməliyyat etdirib individuallığımızı itiririk"

"Azca sağlamlığa zərər verməyən köklük, qarındakı yağlanma, saçların tökülməsi - keçəllik müəyyən yaşdan sonra mübarizə aparılası, utanılası bir şey olmamalıdır. Hər kəs gur, qapqara saçlı, sıfır yağ bədənli olmaq məcburiyyətində deyil".

Musavat.com xəbər verir ki, bu sözləri keçmiş aparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb.

O, plastik əməliyyata üz tutanları tənqid edib:

"Saç əkdirmək, boyatmaq, bədən şəkilləndirmək təbiətimizə zidd olduğu kimi, individuallığımızı da əlimizdən alır. Artıq hər kəs bir-birinin kopyası olmağa başlayıb. Gənc və sağlam qalmaq hər zaman əsas hədəfimiz olmalıdır. Amma buna sağlam həyat tərzi sürməklə nail olmalıyıq, özümüzü büt edib, sitayiş etməklə yox. Kim deyib ki, normal həddə kilolu olmaq çirkinlikdir? Kim deyib ki, seyrək saçlı, keçəl olmaq yaxşı deyil? Normal kişi gigiyenası yerində, səliqəli, təmiz geyimdə, ən əsası da işində-gücündə oldumu bəsdir. Məncə..."

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR