Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyanı Rusiyaya təkcə silah deyil, həm də şəxsi heyət göndərməklə yardım etdiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində söyləyib.
“Biz Rusiya ilə Şimali Koreya kimi rejimlər arasında ittifaqın güclənməsini görürük. Bu artıq sadəcə silah ötürülməsi deyil. Bu, əslində, Şimali Koreyadan işğalçının hərbi qüvvələrinə insanların göndərilməsidir. Aydındır ki, belə şəraitdə tərəfdaşlarımızla münasibətlərimiz inkişafa ehtiyac duyur. Cəbhə daha çox dəstəyə ehtiyac duyur”, – Ukrayna lideri vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Zelenski almaniyalı həmkarı Valter Ştaynmayerlə, habelə kansler Olaf Şoltsla görüşmüşdü.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ