Onlayn ictimai-siyasi qəzet
Amerika, Koreya, Türkiyə, demək olar ki, dünyanın bir sıra ölkələrində təqdim olunan xidmət Azərbaycanda da aktivləşib.
Musavat.com milli.az-a istinadən xəbər verir ki, artıq Azərbaycanda da avtomobillərin qəza tarixçəsinə baxmaq mümkün olacaq. Bu xidmətdən "Smsradar" tətbiqi vasitəsi ilə yararlanmaq mümkündür.
Xidmətdən yararlanmaq üçün avtomobilin vin kodunu yazmaq kifayət edir.
3 manata avtomobilin Azərbaycanda baş verən qəzalarına dair tarixçəni öyrənmək olur.
Qeyd edək ki, sığortanın çağırılmadığı qəzalar sistemdə göstərilmir.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ