Onlayn ictimai-siyasi qəzet
Tualetdə xoşagəlməz qoxu bir çoxlarını narahat edir. Burada üfunət qoxusu ilə mübarizə aparmağın məşhur yolu hava təravətləndiricisindən istifadə etməkdir. Ancaq bu məhsulun ciddi bir çatışmazlığı var. Çünki onun tərkibi zərərli birləşmələrdən ibarətdir.
Tualetdəki pis qoxunu aradan qaldırmağın daha asan və təbii yolu var.
Bunun üçün ideal seçim sodadır. Neylon corab götürün, içinə yarım stəkan soda tökün və bağlayın. Onu tualetin görünməyən yerinə qoyun. Bu zaman tualetin havası kifayət qədər uzun müddət təmiz qalacaq və pis qoxulardan xilas olacaqsınız. (lent.az)
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ