İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukraynaya silahı pulla da satmaq istəmir - Bild

Tramp pul müqabilində belə Ukraynaya silah verməkdən imtina edir.

Musavat.com xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.

Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Tramp silah tədarükündən pul qazanmaqdan daha çox Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda maraqlıdır.

Aprelin 9-da Vladimir Zelenski deyib ki, o, ABŞ prezidenti Donald Trampa Kiyevin 10 “Patriot” hava hücumundan müdafiə sistemi almağa hazır olduğunu deyib: “Mən ona telefonda dedim ki, bizə ən azı 10 “Patriot” hava hücumundan müdafiə sistemi verin. Bizim hazır olduğumuz çoxlu müxtəlif formatlar və alətlər var. Biz müvafiq paket üçün 30 milyard, 50 milyard dollar tapmağa hazır idik".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR