Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin amerikalı sahibkar İlon Maskı tərifləyib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Maskı sovet mühəndisi Sergey Korolyovla müqayisə edərək, belə insanların dünyada az olduğunu vurğulayıb: "Bilirsiniz, bir adam var, o, Ştatlarda yaşayır, Marsdan ötrü dəli olan Mask. Bir ideyaya bu qədər bağlı olan insanlar çox nadir hallarda ortaya çıxır. Bu gün inanılmaz görünsə də, bir müddət sonra belə ideyalar tez-tez həyata keçirilir. Eyni Korolyovun ideyaları kimi”.
Putin Marsa uçmağın çətin olduğunu da qeyd edib: "Marsa uçuş çox mürəkkəbdir. Bu gün bunu həyata keçirmək çox çətin görünür. Əgər maraqlanırsınızsa, yəqin ki, bundan xəbəriniz var".
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ