İnsanlara hürriyət, millətlərə istiqlal!

Dnepr şəhəri dron hücumuna məruz qaldı: yaralananlar var

Rusiya ordusunun dronlarla həyata keçirdiyi hücumdan sonra Ukraynanın Dnepr şəhərində bir neçə yanğın qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət administrasiyası məlumat yayıb.

Vilayət rəhbəri Sergey Lısak bildirib ki, hücum nəticəsində şəhərdə yaşayış evləri, təhsil və mədəniyyət müəssisələri, eləcə də avtomobillər zərər görüb. Onun sözlərinə görə, bu hücumlar Rusiya tərəfindən dinc əhaliyə qarşı növbəti terror aktıdır.

“Yaxın saatlarda düşmən resurslarında NATO zabitlərinin guya məhv edilməsi ilə bağlı növbəti saxta məlumat yayılacaq. Əslində isə yenə də dinc sakinlər hədəfə alınıb”, – deyə Lısak qeyd edib.

İlkin məlumata əsasən, hücum nəticəsində iki uşaq xəsarət alıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR