Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Elon Mask üçün planlaşdırılan məxfi Pentaqon brifinqini şəxsən ləğv etdirib.
Musavat.com xəbər verir ki, brifinq ABŞ-ın Çinlə mümkün münaqişə halında ordunun hərbi planlarını əhatə edirdi. Elon Maskın bu məxfi məlumatlara çıxışı Trampı narazı salıb. O, məsələ ilə bağlı sərt reaksiya verərək, “Mask orada nə cəhənnəm axtarır? Əmin olun ki, o, getməyəcək”, – deyə göstəriş verib.
Bəzi administrasiya rəsmilərinin bildirdiyinə görə, Elon Mask hazırda ABŞ hökumətində müəyyən sahələr üzrə çalışır, lakin onun Çindəki biznes maraqları və yüksək səviyyəli əlaqələri narahatlıq doğurur.
Xatırladaq ki, martın sonunda The New York Times brifinqin hazırlanması barədə məlumat yaymış, daha sonra isə onun ləğv edildiyini bildirmişdi. İndi isə Axios nəşri bu qərarın birbaşa Trampın göstərişi ilə verildiyini açıqlayıb.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ