Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Araqçi Tehranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə danışıqlar aparıb.
“Report” xəbər verir ki, bu barədə İranın SNN dövlət agentliyi məlumat yayıb.
“AEBA-nın başçısı Qrossi Tehranda İranın xarici işlər naziri Araqçi ilə görüş keçirib”, – məlumatda deyilib.
Görüşün təfərrüatları verilməyib.
Xatırladaq ki, AEBA-nın baş direktorunun əvvəlki səfəri 2024-cü ilin noyabrında baş tutub. Gözlənilir ki, yeni səfəri çərçivəsində Qrossi həmçinin İranın Atom Enerjisi Təşkilatının başçısı Məhəmməd İslami ilə də görüşəcək.
Agentlik rəhbərinin səfəri Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında bir sıra birbaşa olmayan danışıqlar fonunda keçirilir. İlk raund aprelin 12-də Məsqətdə keçirilib və iştirakçıların sözlərinə görə, görüş konstruktiv və sakit şəraitdə baş tutub. “Axios”un məlumatına görə, ikinci raund aprelin 19-da Romada gerçəkləşdiriləcək.
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ