Onlayn ictimai-siyasi qəzet
Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq etməlidir ki, öz nüvə proqramının sülh xarakterli olduğunu sübut etsin.
“Report” xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdən sonra bildirib.
“Agentliklə əməkdaşlıq zəruridir ki, İranın nüvə proqramının sülh xarakterli olduğunu göstərən inandırıcı sübutlar təqdim edilsin, xüsusilə də diplomatiyaya ehtiyac duyulduğu bir vaxtda”, – o, “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Qrossi Tehranda səfərdədir. Onun İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə görüşü planlaşdırılır.
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ