Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp və İlon Maskın bir-birinə qarşı sərt çıxışlarının dayandırmalarının səbəbi məlum olub.
Musavat.com Politico-ya istinadən xəbər verir ki, iyunun 6-da onların ümayəndələri telefon danışığında “atəşkəs”ə razılaşıblar, bundan sonra Ağ Ev rəhbəri və iş adamı sosial şəbəkələrdə sərt bəyanatlar mübadiləsini dayandırıblar.
Ağ Evdəki mənbələrinə görə, "cümə günü hər iki tərəfin nümayəndələrinin danışıqlarından sonra prezident Donald Tramp və İlon Mask arasında sosial mediada qarşıdurmada kövrək bir sabitlik qalır". Amerika rəsmilərindən biri Trampın Mask haqqında statuslar paylaşmağı dayandırmasına baxmayaraq, "bu, onun razı qaldığı anlamına gəlmir". “Onların (Tramp və Maskın-red.) münasibətlərinin necə olacağı tam aydın deyil”.
Nəşrin mənbələrinə görə, nə Tramp, nə də Musk ictimai mübahisəni dayandırmaq istəməyiblər. Maskın ABŞ prezidentinin seks alverində və yetkinlik yaşına çatmayan qızlarla münasibətdə ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə yer almasına dair iddiaları Trampı “xüsusilə qıcıqlandırıb”. Nəşr qeyd edir ki, Maskın Trampın onun dəstəyi olmadan seçkilərdə qalib gələ bilməyəcəyinə dair sözləri də Amerika liderini çox yaralayıb.
Qəzetin mənbələri qeyd edib ki, Tramp və Maskın münasibətləri hələ iyunun 5-də bir-birini açıq şəkildə tənqid etməyə başlamazdan əvvəl pisləşməyə başlayıb. Xüsusən də Amerika lideri daha əvvəl Maskın DOGE-nin federal hökumətin xərclərində ciddi azalmalara nail ola bilməməsi ilə bağlı açıqlamalarından narazı idi.
Musavat.com
09 Iyun 2025
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ