İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan deputatının AŞPA-da əsir şousu – Bakıda mühakimə olunan canilərin havadarlarının həyasız iddiaları

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Ermənistan parlamentinin müxalifətçi deputatı Hayk Mamidjanyan çıxış edib.

Musavat.com xəbər verir ki, o, təşkilat rəhbərliyinə və üzv ölkələrin nümayəndələrinə müraciət edib. Hayk Mamidjanyan Bakıda saxlanıldığı iddia olunan "erməni əsirlərinə" baş çəkməyi xahiş edib və “onları diktatorla üz-üzə buraxmamağı” tələb edib.

Mamidjanyan çıxışında bildirib ki, Azərbaycanda Qırmızı Xaç ofisinin bağlanmasından sonra əsirlərlə bağlı heç bir məlumat yoxdur. Onun sözlərinə görə, əvvəllər saxlanılanların işgəncələrə məruz qalması, həbsdə intihar halları barədə xəbərlər daxil olub. Deputat hətta bəzi əsirlərin artıq sağ qalmadığını da iddia edib.

Musavat.com bu məqamla bağlı bildirir ki, Azərbaycanda hərbi əsir yoxdur. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər cinayətkarlar və separatçılardır. Onlar konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

Bu şəxslər Azərbaycan ərazilərində törətdikləri qətl, işgəncə, kütləvi qırğın və digər ağır cinayətlərə görə açıq məhkəmə proseslərində mühakimə olunurlar. Buna görə də Ermənistan rəsmilərinin Avropa tribunalarda, xüsusən də Azərbaycanın təmsilçiliyinin dayandırıldığı AŞPA-da səsləndirdikləri iddiaların heç bir hüquqi əsası yoxdur.

Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, bu şəxslər müharibədə deyil, anti-terror əməliyyatları zamanı saxlanılıb. Onların statusu beynəlxalq hüquq normalarına görə hərbi əsir deyil, cinayət törətmiş şəxslər statusudur.

Məsələ ilə bağlı həm BMT-nin müvafiq qurumları, həm də beynəlxalq ictimaiyyət məlumatlandırılıb. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, saxlanılanların hər biri konkret sübuta əsaslanan cinayət əməllərinə görə məsuliyyət daşıyır və bu, beynəlxalq hüquqa tam uyğundur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR