İnsanlara hürriyət, millətlərə istiqlal!

Handedən sonra Kerem də Sabancı sevgilisindən ayrıldı

Məşhur aktyor Kerem Bürsin və Sakıp Sabancının nəvəsi Melisa Tapan ayrılıb.

Musavat.com xəbər verir ki, münasibətlərini məxfi saxlayan cütlük ayrılıq xəbərləri ilə gündəmə gəlib.

Ayrılıq barədə ilk açıqlamanı Melisa Tapan verib.

"Sevgi və yemək" filminin qala gecəsində görüntülənən Tapan sıx iş qrafiki səbəbindən münasibətlərini qarşılıqlı şəkildə bitirmələri ilə bağlı yayılan söz-söhbətlərə qısa və aydın cavab verib:

"Bəli, dəqiq. Gərgin iş qrafiki səbəbindən baş verdi".

Qeyd edək ki, Kerem Bursin ilə ayrıldıqdan sonra Hakan Sabancı ilə eşq yaşamağa başlayan Hande Erçel də bir müddət əvvəl sevgilisindən ayrılıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR