İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Sankt-Peterburqun 300 km-liyində yeni quru qoşunları qərargahı açdı

Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi mövcudluğu daha da güclənir.

Musavat.com xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Hyakkanen ölkəsinin ərazisində NATO quru qoşunlarının yeni qərargahının fəaliyyətə başladığını açıqlayıb. Yeni qərargah Sankt-Peterburqdan cəmi 300 kilometr məsafədə yerləşir.

Nazirin sözlərinə görə, qərargahın yaradılması Finlandiyanın alyansa üzv olduqdan sonra qarşıya qoyduğu əsas hədəflərdən biri olub və bu addım “NATO və Finlandiyanın təhlükəsizliyini möhkəmləndirəcək”.

Hazırda qərargahda təxminən 10 nəfər xidmət aparır. Sülh dövründə şəxsi heyətin sayı 50-yə qədər artırılacaq. Yeni qurum Şimali Avropada alyansın quru qoşunlarının fəaliyyətini əlaqələndirəcək, təlimlər təşkil edəcək və böhran vəziyyətində Uzaq Şimalın müdafiəsi üzrə planlaşdırmanı həyata keçirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR