İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın yanında Ukrayna müzakirələri: Vitkoffla Kelloq arasında ziddiyyət dərinləşir

Ukraynada müharibəyə son qoymağın ən sürətli yolu Rusiyanın 2022-ci ildə ilhaq etdiyi Ukraynanın dörd bölgəsinə Moskvanın “sahiblik” tələbini təmin etməkdir.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bunu bu yaxınlarda ABŞ prezidenti Donald Trampla görüşündə onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və ruslarla danışıqlar aparan Stiv Vitkoff bildirib.

Reuters iki amerikalı rəsmiyə və vəziyyətlə tanış olan digər 5 nəfərə istinadən xəbər verir ki, belə bir söhbət Rusiya rəsmisi Kirill Dmitriyevin Vaşinqtona səfərindən az sonra baş verib. Vitkoff Ukrayna ərazilərini işğalçıya təslim etmək fikrini daha əvvəl, xüsusən də keçən ay Taker Karlsona verdiyi müsahibədə səsləndirmişdi.

Lakin ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi təyin etdiyi Keyt Kelloq Trampla görüşdə Vitkoffun variantına qarşı çıxıb. O qeyd edib ki, Ukrayna mübahisəli torpaqla bağlı bəzi şərtləri müzakirə etmək istəsə də, Rusiyanın ərazilərə tam sahiblik etməsi ilə heç vaxt razılaşmayacaq, iki mənbə bildirib.

Reuters-in yazdığına görə, həmin görüş Trampın ABŞ-ın Ukraynadakı müharibə strategiyasını dəyişməsi ilə bağlı konkret qərarlar qəbul etmədən başa çatıb. Və bundan sonra Vitkoff Rusiyada hazırda davam edən danışıqlara gedib.

Nəşrin mənbələrinə görə, Trampın komandası daxilində, xüsusən də Vitkoff və Kelloq arasında Ukrayna və Rusiya arasındakı çıxılmaz vəziyyətdən necə çıxmaq barədə mübahisələr getdikcə artır.

Trampın çoxdankı dostu, prezidentin əsas diplomatik qələbələrini təmin edən Vitkoff Respublikaçılar Partiyasındakı anti-Ukrayna qüvvələrdən müəyyən dəstək qazanıb. Lakin onun təklifləri Tramp administrasiyasının Moskvaya çox imkan tanıdığını düşünən digər respublikaçıların qəzəbinə səbəb olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR