İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Ukrayna planı bu tarixdə açıqlanacaq – Kelloq təqdim edəcək

ABŞ administrasiyası gələn həftə başlayacaq Münhen Təhlükəsizlik Konfransında Ukraynadakı münaqişənin həlli ilə bağlı strategiyasını təqdim etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg agentliyi yayıb.

Bildirilir ki, sənədin ilkin variantını Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq müttəfiqlərə təqdim edəcək. Lakin planın təfərrüatları, o cümlədən müzakirələrin formatı və dərinliyi məlum deyil.

Agentliyin Vaşinqtonun təklif edə biləcəyi konkret addımlar barədə məlumatı yoxdur.

Qeyd edək ki, Münhen Konfransı fevralın 14-dən 16-dək keçiriləcək.

Bundan əvvəl NBC telekanalı Ağ Evdəki rəsmilərə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Donald Trampın administrasiyasında Ukraynadakı münaqişənin həlli üsulları ilə bağlı fikir ayrılığı yaranıb. Mənbənin sözlərinə görə, Kelloq və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Rusiyaya təzyiq etmək istəyir, komandanın qalan hissəsi isə Kiyevə yardımın azaldılmasının tərəfdarıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR