Onlayn ictimai-siyasi qəzet
ABŞ-da fem-aktivist hərəkatın nümayəndələri ölkənin 47-ci prezidenti seçilən respublikaçı Donald Trampın Ağ Evi tərk eməsinə qədər kişilərlə münasibətdən dörd il müddətinə imtina etməyə çağırıblar.
Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, ABŞ-da səsvermənin nəticələri məlum olduqdan sonra bir neçə saat ərzində qadınlar sosial şəbəkələrdə kişilərlə yaxınlıqdan qaçmağa çağırışlarla yüz minlərlə bəyənmə toplayan yazılar dərc etməyə başlayıblar. Bu cür “seks tətilləri” Cənubi Koreyanın “4B” adlı feminist hərəkatının qadağaları arasındadır: evlilik, yaxınlıq, tanışlıq, uşaq sahibi olma. Qəzet izah edir ki, bu hərəkatın “əcdadı” qədim yunan yazıçısı Aristofanın komediyasının baş qəhrəmanı sayıla bilər, Lisistrata Hellas sakinlərini müharibələr bitənə və sülh bərqərar olana qədər cinsi yaxınlıqdan imtina etməyə çağırırdı.
WP qeyd edir ki, amerikalı qadınlar respublikaçıların abort qadağasını da ehtiva edən proqramına belə cavab veriblər. Nəşr bir sosial şəbəkə istifadəçisindən sitat gətirir: “Əgər bütün bu kişilər bizim hüquqlarımıza qarşı səs verirlərsə, onlar dörd il ərzində bir qadına toxunmağa layiq deyillər”.
Münasibətlərdən imtina etməklə yanaşı, onlar ABŞ qadınlarını tanışlıq proqramlarından da imtina etməyə çağırıblar.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ