Onlayn ictimai-siyasi qəzet
Belarus prezidenti Aleksandr Lukaşenko MDB və Avrasiya İqtisadi İttifaqını (Aİİ) ədalətli çoxqütblü dünya nizamının qurulmasında ciddi iştirakçılar kimi gördüyünü bəyan edib.
Musavat.com xəbər verir ki, o, bu barədə Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclaslarında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə danışıb.
“Belarus MDB və Avrasiya İqtisadi İttifaqının (Aİİ) simasında ədalətli çoxqütblü dünya nizamının qurulması prosesində ciddi iştirakçılar görür”, – deyə Lukaşenko bildirib.
Onun fikrincə, MDB nüfuzlu və təsirli bir təşkilat kimi mövqeyini möhkəmləndirməli, siyasi və humanitar sahələrdə bərabərhüquqlu münasibətlərin inkişafına real töhfə verməlidir.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ