İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiyadan Rusiyaya qarşı cəsarətli addım

Çexiya Rusiya diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yan Lipavski sosial şəbəkələrdə qeyd edib.

Nazirin sözlərinə görə, belə pasportlara malik şəxslər yalnız Çexiya hakimiyyətindən akkreditasiya aldıqları halda ölkəyə daxil ola biləcəklər.

“Avropada diversiya əməliyyatlarının sayı artır və biz diplomatik örtük altında fəaliyyət göstərən rus agentlərini qəbul etməklə risk etməyəcəyik. Biz digər ölkələrə nümunə göstəririk və Şengen səviyyəsində ən sərt tədbirlərin görülməsi üçün çalışacağıq. Çexiyanı qoruyacağıq”, – deyə Lipavski bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR