Onlayn ictimai-siyasi qəzet
2014-cü ildən sonra alyans daha sərt addımlar atsaydı, Kremlə təsir göstərmək və Ukraynaya qarşı genişmiqyaslı müharibənin qarşısını almaq mümkün olardı.
Musavat.com xəbər verir ki, bu barədə NATO-nun sabiq baş katibi Yens Stoltenberq Varşava Təhlükəsizlik Forumunda çıxış edərkən danışıb.
Onun sözlərinə görə, o dövrdə müttəfiqlər Rusiyanı “qıcıqlandırmaqdan” həddindən artıq ehtiyatlanırdılar və hətta 2020-ci ildə Ukrayna üçün snayper tüfənglərinin alınmasını belə müzakirə etmədilər. Stoltenberqin fikrincə, o zaman kifayət qədər ölümcül silah dəstəyi verilməməsi Moskvanın hesablamalarını dəyişdi və tammiqyaslı işğala yol açdı.
“Əgər biz daha çox şey etsəydik, ukraynalıları hazırlasaydıq, onlara daha çox, o cümlədən ölümcül silah versəydik, 2014-cü il ilhaqından 2022-yə qədər ukraynalılar daha yaxşı müdafiə oluna bilərdi. Onda Rusiya daha az ərazi işğal edərdi və ya ümumiyyətlə, işğalın qarşısını ala bilərdik, çünki Moskvanın hesablamaları fərqli olardı.
Görürsünüzmü, ukraynalılar 2022-ci ilə qədər məhdud dəstək ilə necə müdafiə olunurdular? Onlara daha çox dəstək versəydik, aqressiyanı dayandıra bilərdilər”, - deyə Stoltenberq vurğulayıb.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ