İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın olduğu ərazidə naməlum təyyarə təhlükəsi – ABŞ qırıcıları havaya qalxdı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr, prezident Donald Trampın olduğu Nyu-Cersi ştatının Bedminster qəsəbəsindəki qolf-klubun üzərində uçan mülki təyyarə səbəbilə təcili havaya qalxıb.

Musavat.com xəbər verir ki, təyyarə uçuşların qadağan olunduğu hava məkanına daxil olub. Hadisə zamanı Tramp həmin məkanda olub.

Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) bildirib ki, bu ərazidə oxşar qayda pozuntuları daha əvvəl də qeydə alınıb.

Hadisənin detalları və təyyarənin kimə məxsus olduğu hələ açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR