Onlayn ictimai-siyasi qəzet
Son dövrlərdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın oğlu Erik Trampın təklifləri və maraqları geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Erik Tramp "Amazon" platformasında bir səbət hazırlayaraq bu səbətə Kanada, Qrenlandiya və Panama kanalını daxil edib.
Bu səbət ABŞ-ın "qaytarılması planlaşdırılan" bölgələri bir araya gətirmək məqsədi güdür.
Erik Trampın təqdim etdiyi bu səbət əslində, atasının və özünün daha əvvəl irəli sürdüyü ərazi ilə bağlı təkliflərin davamıdır.
Qeyd edə ki, 2020-ci ildə Donald Tramp Kanadaya ABŞ-ın 51-ci ştatı olmağı təklif edib.
Donald Trampın digər bir təklifi isə Panama kanalının geri qaytarılması ilə bağlı olub. O, ABŞ-ın Panama kanalının nəzarətini bərpa etmək istəyini açıq şəkildə bəyan edib.
Bundan əlavə, Trampın birinci prezidentlik dövründə, xüsusilə 2019-cu ildə, Qrenlandiyanı Danimarkadan satın almaq təklifini irəli sürüb. Bu təklif o zaman geniş müzakirələrə səbəb olub və həm ABŞ, həm də Danimarka arasında gərginlik yaradıb.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ